31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Əhəd Abıyev oktyabrın 26-da seçiciləri ilə görüşəcək.
Bu barədə Modern.az-a məlumat verən Ə.Abıyevin sözlərinə görə, görüş Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayında təşkil olunacaq.
Ə.Abıyev deyib ki, həyatının müəyyən bir dövrünü bu dairədə - Suraxanıda yaşayıb.
“Suraxanıda hamı məni tanıdığından buradan millət vəkili seçilməyimdə heç bir problem olmayacaq”.
Namizəd deyib ki, seçki qərargahı aktiv işləyir, indiyədək yüzlərlə seçici ilə görüş keçirilib, onların problemləri dinlənilib.
Modern.az