Bu gün ABŞ-da ən məşhur ümummilli lotereyalardan biri olan «Mega Millions»da nəhəng məbləğdə cek-pot oynanılıb. Modern.az saytı Virtualaz.org-a istinadən xəbər verir ki, İndiana ştatının adı hələlik məlum olmayan sakini 540 milyon dollar udub.
Dalbadal bir neçə tirajda oynanılmamış qalan cek-pot artaraq 449 milyon dollardan 540 milyon dollara çatıb.
Uduş həcminə görə ABŞ tarixinin yeddinci ən böyük uduşu olub.
Modern.az