Modern.az

700 bal toplayan abituriyent: “Magistr təhsilimi İngiltərədə almaq istərdim”

700 bal toplayan abituriyent: “Magistr təhsilimi İngiltərədə almaq istərdim”

مورد توجه

18 İyul 2016, 12:39

“Əslində 700 bal toplamağı əvvəlcədən gözləyirdim. Çünki üzərimdə çox işləyirdim. Əvvəldən bütün fənləri yaxşı oxuyurdum. Qarşıma məqsəd qoymuşdum ki, yüksək bal toplayaraq, Kimya mühəndisliyi fakültəsini seçə bilim”.

Bu bu sözləri Modern.az-a açıqlamasında I ixtisas qrupu üzrə 700 bal toplayan "Ankara Məktəbi" məktəb liseyinin məzunu Nadir Faiq oğlu Sultanlı deyib.

O, bildirib ki, əvvəldən texniki elmlərə həvəsi olub:

“Əvvəldən  texniki fənlərə böyük həvəsim olub. Müəllimlərim, dostlarım və ailəmin mənə dəstək olması belə yüksək nəticə qazanmama səbəb oldu.

Kimya mühəndisliyi fakültəsini seçəcəm. Çünki bu sahədə mütəxəssislərə böyük ehtiyac var. Təhsilimin magistr pilləsini İngiltərədə davam etdirəcəm”.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı