Modern.az

Güləşçimiz bürünc medal uğrunda döyüşəcək

Güləşçimiz bürünc medal uğrunda döyüşəcək

مورد توجه

16 Avqust 2016, 00:30

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Sabah Şəriəti ilk təsəlliverici görüşə çıxıb. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, 130 kq çəki dərəcəsində yer alan iranlı legionerin rəqibi venesuelalı Ervin Xose Karabalyo Kabrera olub.

 

Görüşün ilk hissəsində Şəriəti ardıcıl xallar qazanaraq 6:0 hesabı ilə önə keçib. İkinci hissədə isə o, daha bir xal qazanaraq, sona 1 dəqiqə qalmış görüşün qalibi olub.

 

Şəriəti növbəti təsəlliverici görüşdə almaniyalı Eduard Poppu da yensə, bürünc medal qazanacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı