Modern.az

2019-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq - FƏRMAN

 2019-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq - FƏRMAN

مورد توجه

7 Sentyabr 2016, 18:47

 

Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında fərman imzalayıb.

 

Fərmanda qeyd olunur ki, Azərbaycanda əhalinin növbəti siyahıyaalınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçirilsin.

 

Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.

 

Nazirlər Kabinetinə 2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı