Modern.az

Sabah Novxanı və Mehdiabadda qaz kəsiləcək

Sabah Novxanı və Mehdiabadda qaz kəsiləcək

Aktual

13 Oktyabr 2016, 18:25

Oktyabrın 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Novxanı” və “Mehdiabad”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Yevlax-1”, Astara Magistral qaz kəmərləri sahəsinin “Yardımlı” və “Əngəvül” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

 

Modern.az SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Abşeron rayonunun Novxanı və Mehdiabad qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Yardımlı rayonunun və Yevlax şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

 

Vüqar İSMAYILOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı