Modern.az

Qarabağ həqiqətləri Rumıniya və Serbiyada təbliğ olunacaq - FOTO

Qarabağ həqiqətləri Rumıniya və Serbiyada təbliğ olunacaq - FOTO

Aktual

15 Sentyabr 2016, 21:00

Senytabrın 10-15-i tarixlərində “Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti “ İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Rumınıya və Serbiyada “ Rumıniya və Serbiyada Xocalı soyqırımını anım tədbirlərinin keçirilməsi “ adlı layihə çərçivəsində tədbirlər təşkil edib.

Layihənin məqsədi Azərbaycanın Rumıniya və Serbiyada təbliği istiqamətində daha bir addım atmaq, zəngin Azərbaycanın müasir tarixinin tanınmasına xidmət göstərmək, Dağlıq Qarabağ həqiqətlərinin çatdırılması və ən əsası “ Xocalıya ədələt “ kompaniyasına dəstək verməkdir. Layihənin reallaşdırılması və həyata keçirilməsində yardımçı “Qara dəniz və Xəzər dənizi ölkələri Beynəlxalq Əməkdaşlıq Fondu” yaxından köməklik göstərib.

Layihənin həyata keçirilməsi Rumıniya və Serbiyada Azərbaycanın təbliğinə yardımçı olmuşdur, Azərbaycan mədəniyyətinin bəşər mədəniyyətinin bir hissəsi kimi tanınmasına kömək olmuşdur, ən başlıcası Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını rənglərin dili ilə göstərmişdir.

Tədbirlər çərçivəsində Serbiyanın Belqrad şəhərində, gənc Azərbaycan rəssamlarının “ Xocalısız 25 il “ adlı rəsm sərgisi də təşkil olunmuşdur. Layihənin reallaşması Rumıniya auditoriyasında Azərbaycan xalqı və müasir Azərbaycan mədəniyyəti və tarixi barədə əyani təsəvvür yaradıb. Rumıniya gəncləri diskussiyalar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə gənclərimizin düşüncə tərzi, yaradıcılıq üslubları haqqında ətraflı məlumat əldə ediblər. Tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Ticarət Palatasının üzvləri və digər qonaqlar iştirak edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı