Modern.az

Nizami Süleymanovun əsəb sistemi POZULUB

Nizami Süleymanovun əsəb sistemi POZULUB

Aktual

10 Noyabr 2016, 12:00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, akademik Nizami Süleymanovun uzun müddətdir ki, səhhətində problem yaranıb.

 

Bu barədə Modern.az-a Nizami Süleymanovun xanımı Lətifə Süleymanova məlumat verib.

 

“3-4 ay olar ki, Nizami müəllimin səhhətində problem var. Əsəb sistemi pozulub. Tez-tez xarici ölkələrə müayinə olunmaq üçün yollanır. Ya Türkiyədə, ya da Avstriyada müayinə, müalicə olunur. Hal-hazırda da xaricdə müalicəsini davam etdirir. Səhhətindəki problemlə bağlı, AMEA-dakı işlərini də hələlik təxirə salmalı olub. Ümid edirik ki, tam sağalıb yenidən ailəsinin və işinin başına dönəcək”.

 

Xatırladaq ki, Nizami Süleymanov 200-dən çox elmi əsərin müəllifidir. Həmçinin, 1992-ci ildə  Azərbaycanda keçirilən ilk demokratik seçkilərə qatılaraq, prezidentliyə namizədliyini irəli sürüb.

Nizami Süleymanov siyasi arenada fəaliyyəti yox dərəcəsində olan Müstəqil Azərbaycan Partiyasının sədridir. 

 

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı