Modern.az

İran Silahlı Qüvvələr komandanlığında yerdəyişmələr olub

İran Silahlı Qüvvələr komandanlığında yerdəyişmələr olub

Current

19 Noyabr 2016, 22:30

İranın ali lideri Ayətullah Əli Xameneyi ölkənin Silahlı Qüvvələr komandanlığında yerdəyişmələr edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Ayətullah Əli Xameneyi briqada generalı Əhməd Reza Purdəstanın İran ordusunun baş komandanının müavini təyin edib.

 

Briqada generalı Kiomars Heydəri isə ölkənin quru qoşunlarının komandanı vəzifəsinə təsdiqlənib.

 

Ayətullah Əli Xameneyi briqada generalı Əbdarrəhman Müsaviyə isə xidmətə görə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, əvvəllər Purdəstan ölkənin quru qoşunlarının rəhbəri, Heydəri isə onun müavini idi.

 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı