Modern.az

Azərbaycanlı jurnalistlər Türkiyədə Cümhuriyyətlə bağlı görüşlər keçirdilər

Azərbaycanlı jurnalistlər Türkiyədə Cümhuriyyətlə bağlı görüşlər keçirdilər

مورد توجه

12 İyun 2018, 12:14

Türkiyədə səfərdə olan Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri bir sıra görüşlər keçirib.



Modern.az xəbər verir ki, azərbaycanlı jurnalistlər Alanyanın icra nümayəndəsi Mustafa Harputlu, Alanya Ticarət və Sənaye odasının məclis başqanı Mətin Atalayla və Alanya Jurnalistlər Cəmiyyətinin sədri Mehmət Ali Dimlə görüşüblər.

 

Hər bir görüş zamanı Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümlə əlaqədar görülən işlərlə bağlı həmin şəxslərə məlumat verib. E.Eyvazlı qeyd edib ki, Cümhuriyyətin 100 illiyi həm ölkə daxilində, həm də xaricdə yüksək səviyyədə keçirilir.

 

Alanya Jurnalistlər Cəmiyyətinin sədri Mehmət Ali Dimlə çıxışı zamanı Azərbaycanın dost və qardaş ölkə olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı