Modern.az

“Azərenerji” ASC: “Masazırın enerji təminatında fasilə yaranmayacaq”

“Azərenerji” ASC: “Masazırın enerji təminatında fasilə yaranmayacaq”

Aktual

24 İyul 2018, 20:01

Masazırda xətlərdə aparılan təmir elektrik enerjisi təminatında fasilə yaratmayacaq. Modern.az xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti  məlumat yayıb.

 

Məlumatda bildirilir ki, praktiki olaraq həmin xətlərdə hər hansısa bir təmir bərpa işləri aparılsa belə, bu elektrik enerjisi təminatında fasiləyə səbəb ola bilməz: "Kütləvi İnformasiya Vasitələrindən xahiş edirik ki, “Azərenerji” ASC ilə bağlı xəbərləri yaydıqda diqqətli olsunlar və jurnalist peşə etikasına uyğun olaraq dəqiqləşdirmələr apardıqdan sonra ictimailəşdirsinlər".

 

 

Xatırladaq ki, bundan əvvəl "Azərişıq" ASC Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində 25-27 iyul 2018-ci il tarixlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacağı ilə bağlı məlumat yaymışdı.

 

Fasilələrin “Azərenerji” ASC-yə məxsus 110 kVt-luq 1-ci Xırdalan h/x-də aparılacaq təmir işləri ilə əlaqədar olduğu deyilirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı