Modern.az

Sumqayıtda yol qəzası - ölən və yaralanan var

Sumqayıtda yol qəzası - ölən və yaralanan var

Aktual

23 Avqust 2018, 13:37

Sumqayıt şəhərində yol qəzası baş verib.  Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, avqustun 22-də saat 15 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Amil Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi Əlzamin Mirzəyevi və onun arxasında oturmuş Rəhim Əliyevi vurub.

Nəticədə Ə.Mirzəyev xəstəxanaya aparılarkən yolda ölüb, R.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı