Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" medalı ilə təltif olunub.
Bununla bağlı Daxili İşlər Naziri Ramil Usubov əmr imzalayıb. Modern.az xəbər verir ki, Çingiz Qənizadə Avtosfer.az-a açıqlamasında bu medalla təltif olunmasından qürur duyduğunu və bununla bağlı nazir Ramil Usubova təşəkkür məktubu göndərdiyini bildirib.
Məktubda millət vəkili Azərbaycan polisinin uğurlu fəaliyyətini xüsusi vurğulayaraq, ictimai-siyasi sabitliyin bərqərar olunması və qorunub saxlanması, cinayətkarlıqla mübarizədə, xalqımızın təhlükəsizliyini təmin edilməsində yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirən polis əməkdaşlarının işini yüksək qiymətləndirdiyini qeyd edib.