Modern.az

Azərbaycan Moskvadakı Beynəlxalq Kitab Yarmarkasında təmsil olunacaq

Azərbaycan Moskvadakı Beynəlxalq Kitab Yarmarkasında təmsil olunacaq

Aktual

4 Sentyabr 2018, 15:01

Sentyabrın 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası fəaliyyətə başlayacaq. Sentyabrın 9-a kimi davam edəcək sərgi-yarmarkada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və iştirakı ilə ölkəmizin mədəniyyəti, milli nəşrlər nümayiş olunacaq. Azərbaycan stendində ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi, Qarabağ həqiqətləri haqqında 150 addan çox nəşr məhsulu ziyarətçilərə təqdim ediləcək. Sərgi çərçivəsində müxtəlif nəşriyyatlarla, digər aidiyyatı qurumlar və ədəbi, mədəni təşkilatlarla görüşlər də planlaşdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı