Modern.az

Azərbaycanlı futbolçudan Rusiyada böyük uğur

Azərbaycanlı futbolçudan Rusiyada böyük uğur

Aktual

4 Sentyabr 2018, 20:00

Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyanın "Rostov" klubunda avqust ayının ən yaxşı oyunçusu seçilib.

Modern.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi azarkeşlər tərəfindən aparılan səsvermədə birinci olub.

Komandanın qapıçısı İlya Abayev ikinci, yarımmüdafiəçi Aleksey İnonov isə üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, əslən azərbaycanlı olan Ayaz Quliyev Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı