Modern.az

İTV-də daha bir yeni veriliş - hərbi bloger aparıcı olacaq  

İTV-də daha bir yeni veriliş - hərbi bloger aparıcı olacaq   

Aktual

14 Sentyabr 2018, 17:00

İctimai Televiziya və Radio Yayımları Şirkəti daha bir verilişin anonsunu verib.

 

Teleşirkətin İctimaiyyətlə Əlaqələr Departamentindən Modern.az-a verilən məlumata görə, aidiyyatı qurumların rəsmi dəstəyi ilə ölkə teleməkanında ilk dəfə olaraq tam fərqli formatda hərbi – analitik proqram yayımlanacaq.

“RADİUS” adlanan veriliş həftədə bir dəfə otuz dəqiqə ərzində hərb və hərbi siyasət sahələrini əhatə edən ən aktual mövzularla, yerli və xarici ekspertlərlə və unikal reportajlarla tamaşaçıların görüşünə gələcək.

Hərbə yeni baxış bucağı “RADİUS” ilə auditoriya geosiyasi hadisələr, hərb tarixi, ən müasir silahlar, terrorla mübarizə, yeni hərb sənayesi, müasir hərbi strategiyalar barədə məlumatlanaraq, hərbi qərargahlardan - səngər və topxanalardan hazırlanmış süjetlər ilə hərb həyatına yaxından bələd olacaqlar. Veriliş qısaldılmış şəkildə sosial şəbəkə vasitəsilə də tamaşaçıların ixtiyarına veriləcək.

Müəllif və aparıcısı məşhur hərbi bloger Heydər Mirzə olan “RADİUS” sentyabrın 19-dan etibarən həftənin çərşənbə günü saat 18:25-də İctimai Televiziyanın efirində yayımlanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı