Modern.az

Türkiyəli deputat Bakıya hüzr mərasiminə gəldi: “...Hamımızın itkisidir”  

Türkiyəli deputat Bakıya hüzr mərasiminə gəldi: “...Hamımızın itkisidir”  

Aktual

8 Oktyabr 2018, 12:15

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Şamil Ayrım Bakıdadır.

Deputat Modern.az-a açıqlamasında bildirib ki, o, ailəlikcə yaxın dostu Aydın Heydərovun həyat yoldaşı Şərqiyə Heydərovanın vəfatı ilə bağlı Azərbaycana gəlib.

“Dünən partiyamızın mühüm toplantısı olduğu üçün dəfn mərasiminə çata biləmədim. Bundan çox üzgünəm.

Biz bu ailəni uzun illərdir tanıyırıq. Uzun illərdir dostluq edirik. Mən Aydın Heydərovu qatı Heydər Əliyevçi, qatı türkçü kimi tanıyıram.

Şərqiyyə xanım çox işgüzar bir həkim idi. Xeyli vaxt idi ki, xəstə idi. İstanbulda onunla çox ilgiləndik, ancaq hər kəsin bir alın yazısı var.  

Əlimizdən nə gəlir... Şərqiyyə xanımın itkisi hamımızın itkisidir. Biz ailəmiz adından Şərqiyə xanıma Allahdan rəhmət diləyirik, Aydın Heydərovun ailəsinə, yaxınlarına, doğmalarına baş sağlığı veririk”.

 

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı