Modern.az

Deputat sakinlərlə görüşdü

Deputat sakinlərlə görüşdü

Güncel

8 Fevral 2019, 10:21

Fevralın 7-də deputat Novruz Aslanov seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna növbəti səfərini edib. 

 

Modern.az xəbər verir ki, görüş Quşencə kəndinin orta məktəbində baş tutub. Eyni zamanda Zoğallıq kəndinin də sakinləri bu görüşdə iştirak etmişlər. Sakinlər öncə millət vəkilinə təşəkkürlərini bildiriblər. Belə ki, yararsız vəziyyətdə olan kəndin yolunun təmirinə artıq başlanılmış, həmçinin, keçən il kəndin su problemi öz həllini tapıb.  Fərdi müraciətlər də diqqətdən kənarda qalmayıb. Millət vəkili görüşdə müvafiq hökumət qurumlarının bu işlərə dəstəyi barədə sakinlərə məlumat vermiş və onlara təşəkkürünü bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı