Modern.az

Azərbaycanlı deputatlar MDB PA-nın ordeni ilə təltif olundular - FOTOLAR

Azərbaycanlı deputatlar MDB PA-nın ordeni ilə təltif olundular - FOTOLAR

مورد توجه

28 Fevral 2019, 16:11
Bu gün Azərbaycanın bir qrup millət vəkili Milli Məclisdə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın qərarına əsasən təşkilatın "Birlik" ordeni ilə təltif olunublar.
 

Bu barədə Modern.az-a deputat İqbal Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə,  bu gün MDB PA-nın yüksək ordeni ilə  millət vəkilləri İqbal Məmmədov, Rauf Əliyev, Xanlar Fətiyev, Rüfət Quliyev, Malik Həsənov, Mirkazım Kazımov və Rasim Musabəyov təltif olunublar.

 

İ.Məmmədov  belə bir mükafata layiq görüldüyü üçün  MDB PA rəhbərliyinə öz təşəkkürünü bildirib:

“Bu, MDB Parlamentlərarası Assmableyada Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə verilən yüksək qiymətdir”.

 

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı