Modern.az

Gəncədə piyadanın ölümü ilə bağlı cinayət işi başlanıldı

Gəncədə piyadanın ölümü ilə bağlı cinayət işi başlanıldı

Güncel

28 Fevral 2019, 21:40

Gəncə şəhərində piyadanın ölümü ilə bağlı cinayət işi açılıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

 

Belə ki, 1998-ci il təvəllüdlü Uday Məmmədov idarə etdiyi Niva markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü Sara Habil qızı Süleymanovanı vurub. Nəticədə piyada müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı