Modern.az

Konsul BMU-da tələbələrlə görüşüb - FOTO

Konsul BMU-da tələbələrlə görüşüb - FOTO

مورد توجه

5 Aprel 2019, 19:16

Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi-səfirliyin konsulu cənab Cümənəzərov Ovəzgəldi Bakı Mühəndislik Universitetində olub.

 

Modern.az xəbər verir ki, qonağı qəbul edən universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, BMU kampus  şəklində fəaliyyət göstərir.

 

Belə ki, universitet kampusunda tədris binaları ilə yanaşı oğlan və qızlar üçün müasir tipli tələbə yataqxanaları mövcuddur. Universitetdə kadr hazırlığını həyata keçirən ixtisasların əksəriyyətinin ingilis dilində olduğunu diqqətə çatdıran rektor universitetin xarici əlaqələrinin də yüksək səviyyədə qurulduğunu bildirib.

 

Səmimi qəbula görə rektora təşəkkür edən konsul cənab  Cümənəzərov Ovəzgəldi bildirib ki, BMU haqqında həmişə yüksək fikirlər eşidib. Burada təhsil alan Türkmənistanlı tələbələr də universitetdə olan təhsil mühitindən və tədrisin keyfiyyətindən razılıq edirlər.

 

Sonda qonaq BMU-da təhsil alan Türkmənistanlı tələbələrlə də görüşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı