Modern.az

Hacıqabulda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Hacıqabulda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

مورد توجه

2 Oktyabr 2019, 22:39

Hacıqabul rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  “Report”a istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "İkarus" markalı sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları cəlb olunub. Hazırda qəzada ölən piyadanın kimliyinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı