Bu gün həbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin daha bir müavini saxlanılıb.
Modern.az "BakuPost"a istinadən xəbər verir ki, başçının humanitar məsələlər üzrə müavini Lalə Eyyubova bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.
Qeyd edək ki, ötən gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Məhəmməd oğlu Quliyev və müavini Ramiz Cahangir oğlu Tatarov saxlanılıb.
