Modern.az

Tural Gəncəliyev vəzifəsinin icrasını dayandırdı

Tural Gəncəliyev vəzifəsinin icrasını dayandırdı

مورد توجه

10 Yanvar 2020, 12:12

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması"nın rəhbəri Tural Gəncəliyev Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsinin icrasını dayandırıb.

 

Modern.az "Report.az"a istinadən məlumat verir ki, o, XİN-dən məzuniyyətə çıxıb. 

 

T.Gəncəliyevin nazirlikdəki vəzifəsinin icrasını dayandırması 2020-ci ilin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsi ilə əlaqədardır.

 

Qeyd edək ki, T.Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürüb. Onun namizədliyi qeydə alınıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı