Modern.az

Parlament seçkiləri ilə bağlı 2000-dək müşahidəçi qeydiyyatdan keçib

Parlament seçkiləri ilə bağlı 2000-dək müşahidəçi qeydiyyatdan keçib

Güncel

13 Yanvar 2020, 12:46

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 2000-ə yaxın yerli və xarici müşahidəçi müraciət edib və onların demək olar ki, əksəriyyəti müsbət cavab alıb.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

 

MSK sədrinin sözlərinə görə, həmin müşahidəçilərin 1630-u yerlidir: “Xarici müşahidəçilərin sayı isə 70-ə yaxındır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlament Assembleyasının müşahidə missiyası artıq fəaliyyətə başlayıb. İtaliya, Çexiya Parlamentlərinin, Litva Seyminin müşahidəçiləri artıq akkreditasiyadan keçiblər. Moldova Mərkəzi Seçki Komissiyasının nümayəndələri də seçkiləri müşahidə edəcək. Xarici müşahidəçilərin qeydiyyatı prosesi hazırda sürətlə davam edir”.

 

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı