Modern.az

Baş Prokurorluq  Fərəc Quliyevlə bağlı qərarı MSK-ya göndərdi- RƏSMİ

Baş Prokurorluq  Fərəc Quliyevlə bağlı qərarı MSK-ya göndərdi- RƏSMİ

مورد توجه

6 Fevral 2020, 20:19

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Mehman Hüseynovun ittihamlarına cavab verib.

Modern.az-ın  məlumatına görə, E.Sultanovun "Facebook" profilində yaydığı məlumatda bildirilir:

"Mehman Hüseynovun nəzərinə çatdırıram ki, onunla eyni dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyev tərəfindən seçki qanunvericiliyinin tələblərinin ehtimal olunan pozulması barədə Baş Prokurorluğa daxil olmuş müraciəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinin tələblərinə əsasən baxılması və müvafiq qərarın qəbul edilməsi üçün aidiyyəti üzrə Mərkəzi Seçki Komissiyasına göndərilib".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı