Modern.az

Dünyasını dəyişənlərin yerinə səs verilir?– MSK-dan İTTİHAMLARA CAVAB

Dünyasını dəyişənlərin yerinə səs verilir?– MSK-dan İTTİHAMLARA CAVAB

Aktual

9 Fevral 2020, 16:11

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dünyasını dəyişmiş şəxslərin yerinə səs verilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlərə aydınlıq gətirib.

 

Modern.az-ın məlumatına görə, MSK sədri həmin şəxslərin adlarının quruma təqdim edilməsini istəyib:" Bu adları bizə verin ki, haqlarında ölçü götürək. Biz bilək ki, kim kimin əvəzinə səs verib. Belə pozuntu olubsa, əlbəttə ölçü götürülməlidir. Məndə olan məlumata görə, dünyasını dəyişmiş şəxsə bildiriş göndərilmişdi. Biz onu araşdırdıq. Bu ümumiyyətlə qeyri-adi vəziyyət idi, ancaq bu bizə aid olan məsələ deyil".

MSK sədri bəzi seçki məntəqələrində qutuların şəffaf olmaması ilə bağlı yayılan görüntülərə mövqe bildirib: "Bu insanlarda niyə maraq doğurur ki? Siz qutuya düz istiqamətdən baxın, görəcəksiniz ki, hamısı eyni cür görünür. Siz birinə qaranlıq tərəfdən, birinə işıqlı tərəfdən baxırsız, ona görə də fərqli görünür".

 

Məzahir Pənahov deyib ki, bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmayıb: " Seçki Məcəlləsinə görə, bu gün daxil olan şikayətlər dərhal baxılır. Amma o demək deyil ki, şikayət olmayacaq. Əlbəttə olacaq. Burada qəbahətli məsələ yoxdur".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı