Rusiyanın Rostov vilayətində yerləşən “Platov” aeroportundan Bakıya birbaşa aviareys açılacaq.
Modern.az xəbər verir ki, u barədə Kommersant.ru Rostov vilayət qubernatorunun mətbuat xidmətinə əsasən xəbər verir.
Xəbərdə bildirilir ki, bu barədə vilayətin başçısı Vasili Qolubev Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə deyib.
“Yaxın vaxtlarda Rostov-Don və Bakı hava əlaqəsi yaradılacaq. Bu ayın sonunda başlayacaq birbaşa uçuşlar həftədə iki dəfə həyata keçiriləcək”, - deyə o bildirib.
Azərbaycanın İqtisadiyyat naziri hər iki tərəfin əlaqələrin inkişafında işgüzarlığa böyük maraq göstərdiyini və birbaşa uçuşların açılmasının bu qarşılıqlı marağı gücləndirəcəyini qeyd edib.
