Modern.az

ATƏT sədri Bakıda müxalifət nümayəndələri ilə görüşəcək

ATƏT sədri Bakıda müxalifət nümayəndələri ilə görüşəcək

Aktual

11 İyun 2012, 17:03

ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eamon Gilmore iyunun 13-14-də Azərbaycana səfər edəcək. Səfər çərçivəsində E.Gilmorenin Azərbaycanda iqtidar təmsilçiləri ilə yanaşı, müxalifət liderləri ilə də görüşü nəzərdə tutulub.

ATƏT-in Bakı Ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynovun Modern.az-a verdiyi məlumata görə, E.Gilmore Azərbaycana səfəri zamanı təkcə müxalifət liderləri ilə deyil, bütövlükdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiya təmsilçiləri ilə görüşəcək.

“ATƏT sədrinin Azərbaycana səfəri zamanı onun bir sıra siyasi partiya nümayəndələri ilə görüşü nəzərdə tutulub”

Qeyd edək ki, qurumun fəaliyyətdə olan sədri hazırda Ermənistanda səfərdədir. E.Gilmorenin Azərbaycanda olduğu kimi İrəvanda da müxalifət nümayəndələri ilə görüşü keçiriləcək.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı