Yaxın bir həftəyə Bakı Dövlət Universitetinin məzunları diplomlarını ala biləcəklər. Bu barədə Modern.az-a BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib: “Bu ildən Təhsil Nazirliyi tərəfindən diplomların verilməsi ilə bağlı edilən dəyişikliklərə uyğun olaraq, tələbələr haqqında baza yaradılır və hər bir tələbə haqqında həmin bazaya məlumat verildiyinə görə müvəqqəti olaraq, diplomların verilməsində ləngimə var. Universitet bununla əlaqədar artıq işlərini yekunlaşdırıb. Yaxın bir həftə ərzində məzunlara diplomlar veriləcək”.
Xatırladaq ki, bir müddət əvvəl adıçəkilən təhsil ocağının məzunları diplomlarının verilməməsi ilə əlaqədar Modern.az-a müraciət etmişdilər.