
Həmin anı çox intizarla gözləyənlər var...
Əlamətdar tarixlər çox olub. Bunlar müxtəlif insanlar tərəfindən elə müxtəlif şəkildə qarşılanır. Bəzi tarixlərin yaxınlaşmasını isə nəinki günlər, hətta saatlarla gözləyənlər var. Bu, riyazi harmoniya təşkil edən rəqəmlərin düzülüşünün təsadüf etdiyi günlərdir.
Bu günlərdən biri, yəni 12.12.12 tarixidir.
2012-ci ilin dekabrın ayının 12-nə bütün dünya hazırlaşırdı desək, yanılmarıq. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bəzi insanlar onlar üçün əlamətdar olan hadisələri bu günə salıblar. Bəzi insanlar hesab edir ki, həmin tarixdə əlamətdar bir hadisə etsələr, onun nəticəsi daha böyük, daha uğurlu olar. Nə qədər qəribə də olsa, uğurlar estafetini davam etdirmək istəyən bəzi macəra həvəsli ailələr əvvəlki illərdəki uğurlu rəqəmlərlə ifadə olunan günlərdə addım atanların yolu ilə getmək istəyirlər. Məsələn, bəzi hamilə gəlinlər məhz 12.12.12 tarixində ana olmağın sevincini yaşamaq arzusundadırlar.
Bəzi astroloqlara görə, günləri hər hansı bir rəqəmlə fərqləndirməyin heç bir mənası yoxdur. Ötən illərdə olan rəqmsal düzülüş günlərində heç bir qeydə alınası qeyri-adi hadisə baş verməyib. Sadəcə, isanlar zamanla sınanmış inaclardan istifadə edərək, bu günü öz aralarında bölüşmək istəyir. Bu nöqteyi-nəzərdən Azərbaycanda 12.12.12 tarixi Məhərrəmlik və ya Ramazan ayına düşdüyündən, toy edənlər olmasa da, digər əlamətdar hadisələri bu günə salanlar olacağını qəti şəkildə bildirmək olar. Hətta belə insanlar arasında xüsusilə 12.12.12 saat 12:12-ni gözləyənlər də var ki, onlar məhz həmin anda nə isə bir işə başlamağı planlaşdırırlar.
Rəvan