Modern.az

Dilənçilər saxlanılıb - 10 nəfər cərimələndi

Dilənçilər saxlanılıb - 10 nəfər cərimələndi

Aktual

29 Dekabr 2021, 09:23

Gəncədə dilənçilər saxlanılıb, 10 nəfər cərimələnib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

 

Təbir zamanı ümumilikdə 11 nəfər saxlanılaraq Polis İdarəsinı gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, 10 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

 

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı