Modern.az

Ötən gün 101 nəfər TUTULUB

Ötən gün 101 nəfər TUTULUB

Aktual

29 Dekabr 2021, 09:43

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı