Modern.az

Bərdədə qəza - Ölənlər var 

Bərdədə qəza - Ölənlər var 

Aktual

10 Yanvar 2022, 19:29

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

 

Belə ki, 1960-cı il təvəllüdlü Əsədov Əliağa Kazım oğlu aldığı ağır xəsarətlər nəticəsində yerindəcə həyatını itirib. 2006-cı il təvəllüdlü Əhmədli Nihat Taleh oğlu, 1990-cı il təvəllüdlü Hacıyev Nazir Araz oğlu,1965-ci il təvəllüdlü Əkbərov Arif Kamran oğlu müxtəlif dərəcədə bədən xəsarətləri alıblar.

 

Yaralılar Bərdə Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı