Modern.az

Aİ Ukraynaya döyüş təyyarələri göndərməkdən İMTİNA ETDİ

Aİ Ukraynaya döyüş təyyarələri göndərməkdən İMTİNA ETDİ

مورد توجه

2 Mart 2022, 08:12

Avropa İttifaqı ölkələri Ukraynaya daha əvvəl çatdırılması gözlənilən döyüş təyyarələrini göndərməyəcək.

 

Modern.az xəbər verir ki, bu iddia ilə “Politico” nəşri çıxış edib.

 

Məlumata görə, Polşa Ukraynaya döyüş təyyarələri göndərməyəcəyini bəyan edib. Polşa ilə yanaşı, Bolqarıstan və Slovakiya hökumətləri də Ukraynaya hərbi təyyarələrin tədarükündən imtina ediblər.

 

Bundan əvvəl bildirilmişdi ki, ukraynalı pilotlar Avropadakı tərəfdaşlarından hərbi təyyarələri qəbul etmək üçün Polşaya gediblər. Bunlar Sovet dövründən qalma reaktiv təyyarələrdir.

 

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Mətbuat xidmətinin açıqlamasında qeyd olunurdu ki, Avropadan ümumilikdə 70 qırıcı, o cümlədən Polşadan 28 MiQ-29, Slovakiyadan 12, Bolqarıstandan 16 Su-25 göndəriləcək.

 

İndi Aİ ölkələri bu məlumatı təkzib ediblər.

 

Bolqarıstanın baş naziri Kiril Petkov bildirib ki, onun ölkəsində istismara yararlı təyyarələr və ehtiyat hissələri yoxdur.  Slovakiya Müdafiə Nazirliyinin sözçüsü də ianəni təkzib edib.

 

Onlara Polşa Prezidenti Andjey Duda da qoşulub. Polşadakı Lask aviabazasında NATO-nun baş katibi Yens Stoltenberqlə birlikdə çıxış edən Duda ölkəsinin Ukrayna hava məkanına heç bir təyyarə göndərmək fikrində olmadığını bildirib və bunun hərbi müdaxiləyə səbəb olacağını söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı