Modern.az

“Gəldik, gördük, yazdıq” kitabının təqdimatı olub

“Gəldik, gördük, yazdıq” kitabının təqdimatı olub

مورد توجه

30 Yanvar 2013, 09:20

Bu gün Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Konfrans zalında Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Gənclər Fondunun dəstəyi ilə işıq üzü görmüş "Gəldik, gördük, yazdıq" kitabın təqdimatı və eyni adlı layihənin yekunları ilə bağlı tədbir keçirilib.

Modern.az-ın məlumatına görə, açılış nitqi ilə çıxış edən DGTYB başqanı Əkbər Qoşalı deyib ki, tədbirdə  millət vəkilləri Qənirə Paşayeva və Fuad Muradov, Gənclər Fondunun məsul əməkdaşı Orxan Ərəbov, Fondun Müşahidə Şurasının üzvü, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin başçısı Səadətdin Topukçu, Türkiyə böyükelçiliyinin mədəniyyət müşaviri Seyidəhməd Arslan, TÜSİAB Baş Katibi Yasin Göral, Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, KİV DDF Müşahidə Şurasının sədri Umud Rəhimoğlu, KİV və QHT təmsilçiləri, tələbələr iştirak edir.

DGTYB başqanı vurğulayıb ki, 5 ay boyunca davam edən layihə çərmivəsində onlarla məqalə, informasiya, fakir, rəy yayınlanıb və onların ən önəmliləri kitab şəklində nəşr edilib. Nəşrdə mətnlər Azərbaycan dili ilə yanaşı, Türkiyə, Qazax, Qırğız, Kırım-tatar türkcələrində və rusca verilib. Nəşrin bir bölümü “Gəldik, gördük, yazdıq” layihəsi fotolarda adlanır. Ümumən layihənin fəlsəfəsi Azərbaycana dəvət edilmiş türksoylu yazarlara gerçəklikləri göstərmək, həqiqəti diqtə etmədən onların öz gözləri ilə gördüklərini öz ölkələrində, digər ölkələrdə yayınlaması və “bizi qıraqdan necə görürlər” sualına cavab aramaq olub.  

Sonra millət vəkili Qənirə Paşayeva çıxış edərək layihənin uğurla keçdiyini, təqdim olunan nəşrin də bu uğurun ifadəsi olduğunu deyib. Millət vəkili layihə rəhbərinə, onun həyata keçməsində dəstəyi olan hər kəsə təşəkkürünü bildirib. O, vurğulayıb ki, ötən il Azərbaycana gəlmiş qonaqlar, yəni qardaş ölkələrin nümayəndələri hələ də tam olaraq Qarabağ problemindən məlumatlı deyillər: DGTYB qonaq yazarları işğal olunmuş bölgələrə, sərhəd zonalarına qədər apardı və ondan sonra onların təsəvvüründə müəyyən qədər də olsa dəyişiklik və məlumat bazası yarandı.

Qarabağ problemini ictimaiyyətə çatdırmaq işinin vacib məsələlərdən biri olduğunu, amma bunu dünya ictimaiyyətinə və geniş oxucu kütləsinə ünvanlamağın isə daha vacib olduğunu qeyd edən millət vəkili, respublikamıza gələn yazarların yaşadıqları coğrafiyada fakir yaratmasının, ondan sonra isə onların vasitəsilə ilə daha geniş oxucu kontingentinə yayılmasının müsbət bir nəticə olduğunu qeyd etdi.

Təqdimatda daha sopnra millət vəkili Fuad Muradov, Gənclər Fondunun məsul əməkdaşı Orxan Ərəbov, Fondun Müşahidə Şurasının üzvü, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin başçısı Səadətdin Topukçu, Türkiyə böyükelçiliyinin mədəniyyət müşaviri Seyidəhməd Arslan, TÜSİAB Baş Katibi Yasin Göral, Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, KİV DDF Müşahidə Şurasının sədri Umud Rəhimoğlu, “Hərbi And” qəzetinin təsiçisi Emin Həsənli, TÜSİAB-ın mətbuat katibi Səlcuq Düzgün, müharibə veteranı, şair Şahin Ülvi (Qədirli), DA Platformu Azərbaycan nümayəndəliyinin Gənclik Qolları başqanı Edil Həsənli, Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun rəhbəri İbrahim İlyaslı, dr. Eldəniz Şamlu Abbaslı  və başqaları çıxış edərək layihənin, eyni adlı kitabın uğurlu tərəflərindən söz açıblar.

Sonda qeyd olunub ki, “Gəldik, gördük, yazdıq” kitabı respublikanın aparıcı kitabxa-nalarına, habelə türksoylu ölkə və topluluqların mədəniyyət mərkəzlərinə, universitetlərinə pulsuz paylanacaq.

 

 

 

 

 

 

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı