Modern.az

Zelenski Rusiyanın əsas hədəfini AÇIQLADI

Zelenski Rusiyanın əsas hədəfini AÇIQLADI

Aktual

15 Aprel 2022, 07:54

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın əsas hədəfini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, videomüraciətində bildirib.

 

Ukrayna lideri deyib ki, Rusiya ilk növbədə Donbası məhv etmək istəyir.

 

"Rusiyanın tammiqyaslı hücumunun 50 günü ərzində onlar göstərdilər ki, əsas hədəf Donbasdır. Rusiya ilk növbədə Donbası məhv etmək istəyir. Luqansk və Donetskdə Rusiya qoşunları dağıtdıqları bölgələrdə sanki onlardan ancaq daş qalmasını istəyirlər. Beləliklə, heç insan qalmasın”, - deyə Zelenski vurğulayıb.

 

O əlavə edib ki, Rusiya bu ərazilərin sakinlərini zorla öz ordusuna cəlb edir: "Onları ən dəhşətli döyüşlərə, sözün əsl mənasında müdafiəmizin qarşısına çıxarırlar. Donbasın şəhər və kəndlərini dağıdıblar. Onlar səkkiz illik müharibədən sağ çıxan hər şeyi yandırırlar".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı