Modern.az

Elnur Məmmədli ata oldu - FOTO

Elnur Məmmədli ata oldu - FOTO

مورد توجه

9 Fevral 2013, 12:01

Tanınmış cüdoçu Elnur Məmmədlinin qızı dünyaya gəlib. Modern.az-ın məlumatına görə, olimpiya çempionunun yeni doğulan qızı ilə şəkilləri sosial şəbəkədə paylaşılıb. Bundan əvvəl idmançının bir oğlu var idi.

Qeyd edək ki, Elnur Məmmədli 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında 73 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək olimpiya çempionu adına layiq görülüb. 2009-cu ildə Polis Akademiyasına qəbul olub. Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pekin Olimpiadasının qalibinə "polis baş leytenantı" rütbəsini və zabit poqonlarını təqdim edib.

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı