Modern.az

“Azovstal”da 152 ukraynalının cəsədi tapılıb - Rus general

“Azovstal”da 152 ukraynalının cəsədi tapılıb - Rus general

Aktual

31 May 2022, 13:48

Rusiya hərbçiləri Mariupoldakı “Azovstal” zavodunun zirzəmilərində ukraynalı millətçilərin minalanmış cəsədləri olan furqon aşkar ediblər.

Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov bunu Kiyevin təxribat cəhdi kimi qiymətləndirib.

Onun sözlərinə görə, “Azovstal” katakombalarında 152 silahlının minalanmış cəsədi aşkarlanıb.

 

"Əsir götürülən Azov yaraqlılarının dindirilməsinin nəticələrinə görə, cəsədlərin minalanmasının birbaşa Kiyevin göstərişi ilə həyata keçirildiyi müəyyən edilib. Təxribatın məqsədi Kiyev rejiminin və şəxsən Zelenskinin siyasi “reputasiyasını” xilas etmək, Rusiyanı cəsədlərin qalıqlarını qəsdən məhv etməkdə ittiham etməkdir”, - general-mayor bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı