Avropa çempionu İtaliya və Amerika Kubokunun son qalibi Argentina milli komandaları arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, “Finalissima” adlandırılan görüş Londondakı “Uembli” stadionunda təşkil olunub.
Matç Argentina millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Argentina “Finalissima”nın kubokunu qazanıb.
Qeyd edək ki, görüş UEFA ilə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında 2028-ci ilədək nəzərdə tutan əməkdaşlıq memorandumu çərçivəsində baş tutub.