Modern.az

Norveç Ukraynaya 22 ədəd M109 haubitsası verdi

Norveç Ukraynaya 22 ədəd M109 haubitsası verdi

Aktual

8 İyun 2022, 12:38

Norveç Ukraynaya avadanlıq və ehtiyat hissələri ilə birlikdə 22 ədəd M109 artilleriya haubitsası verib.
 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallıq hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.


"Ukrayna qüvvələri Rusiyanın hücumlarına qarşı hərbi texnika və silah baxımından Qərbin dəstəyindən asılıdır... Ukraynada müharibənin inkişafı göstərir ki, indi həm daha ağır texnika, həm də silah sistemləri qurban verilməlidir", - Norveçin müdafiə naziri Byorn Arild bildirib.

Norveç Silahlı Qüvvələrinin M109 artilleriya qurğularını Cənubi Koreyadan gələn yeni artilleriya ilə əvəz etdiyi bildirilir. Norveç həmçinin ukraynalı döyüşçülərə yeni silahlarla işləmək üçün təlim keçib. Bu təlim Almaniyada baş tutub.


Amerika Birləşmiş Ştatları da Ukraynanı təsirli gəmi əleyhinə raketlərlə təmin etmək üçün beynəlxalq tərəfdaşlarla birlikdə işləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı