Modern.az

Müdafiə Nazirliyi məlumat YAYDI

Müdafiə Nazirliyi məlumat YAYDI

مورد توجه

20 İyun 2022, 10:20

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatan və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam edir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, döyüş sursatlarının utilizasiyası prosesi iyunun 20-dən 25-ə qədər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Ümumqoşun təlim poliqonunda həyata keçiriləcək.

 

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı