Modern.az

Kənd sakinlərinin ziyafəti qana boyandı

Kənd sakinlərinin ziyafəti qana boyandı

مورد توجه

14 Avqust 2022, 09:47

Gürcüstanın Qurcani Bələdiyyəsinin Araşenda kəndində yaşı 42-dən az olan kişi qətlə yetirilib.

 

Modern.az yerli mətbuata istinadən məlumat verir ki, sakinlərin sözlərinə görə, Levan Qaqanaşvili qonşusu tərəfindən soyuq silahla ölümcül yaralanıb.

 

Məlumata görə, kənd sakinləri ziyafət təşkil edən zaman tərəflər arasında baş verən qarşıdurma ölümlə nəticələnib.

 

Qatilin hələlik saxlanılıb-saxlanılmadığı barədə məlumat verilməsə də, faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı