Modern.az

Blinken Bakı və İrəvanı barışdırmaq üçün müşavir TƏYİN ETDİ

Blinken Bakı və İrəvanı barışdırmaq üçün müşavir TƏYİN ETDİ

Aktual

25 Avqust 2022, 08:28

ABŞ Dövlət katibi Entoni Blinken diplomat Filip Rikeri Qafqazda danışıqlar üzrə baş müşavir təyin edib.

 

Modern.az xəbər verir ki, bu barədə Blinkenin yazılı bəyanatında qeyd olunub. 

 

Bildirilib ki, ABŞ Ermənistan və Azərbaycana uzunmüddətli siyasi nizamlama üzrə danışıqlarda kömək etməyə sadiqdir.

 

"Səfir Filip Riker Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq etmək üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstərəcək", - deyə Blinken qeyd edib.

 

(Fotodakı şəxs Filip Rikeridir)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı