Ermənistan Müdafiə Nazirliyi ordunun itkiləri ilə bağlı açıqlama yayıb.
Modern.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Aram Torosyan bildirib.
“Azərbaycanla sərhəddə baş vermiş hərbi toqquşmalar nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölənlər və yaralananlar var” - Torosyan deyib.
O, hazırda itki sayının dəqiqləşdirildiyi vurğulayıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.