Rusiya tərəfindən Ukraynanın işğal olunmuş ərazilərində elan olunmuş separatçı “Luqansk xalq respublikası”nın “baş prokuroru” Sergey Qorenko partlayışda ölüb.
Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, hadisə “LXR”in “baş prokurorluğu”nun binasında baş verib.
Sergey Qorenko partlayıcı qurğunun işə düşməsi nəticəsində ölüb.
Partlayış sentyabrın 16-da günorta saatlarında baş verib.