Füzuli rayonunda Xocalı faciəsinin 31-ci ildönümü qeyd olunub.
XX əsrin ən ağır müsibətlərindən olan Xocalı faciəsinin ildönümü ilə əlaqədar Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, YAP Füzuli rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, müxtəlif idarə, müəssisə, təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Horadiz şəhərində yerləşən, Xocalı şəhidlərinin əziz xatirələrinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.
Əvvəlcə bütün şəhidlərimizin, eləcə də günahsız Xocalı qurbanlarının və fevralın 6-da zəlzələ nəticəsində qardaş Türkiyədə həlak olan bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ziyarətçilər həzin musiqi sədaları altında abidə önünə tər çiçəklər düzərək Xocalı şəhidlərinin xatirələrinə dərin ehtiramlarını ifadə ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin!