Modern.az

Nazir müavini ukraynalı deputatlarla görüşdü - FOTOLAR

Nazir müavini ukraynalı deputatlarla görüşdü - FOTOLAR

Aktual

28 Fevral 2023, 10:36

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının deputatları, Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Vladimir Kreydenko, dostluq qrupunun üzvləri Anton Şvaçko və Nikolay Qaluşko ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Azərbaycanla Ukrayna arasında nəqliyyat infrastrukturu, Orta Dəhlizlə yük daşımaları, elektron hökumət və innovasiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

 

Rəhman Hümmətov ukraynalı deputatlara işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən nəqliyyat infrastrukturu layihələri, o cümlədən Zəngəzur dəhlizi üzrə görülən işlər barədə məlumat verib.

 

Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev də iştirak edib.

Rəhman Hümmətov Ukrayna Ali Radasının deputatları ilə görüşdü - FOTOLARRəhman Hümmətov Ukrayna Ali Radasının deputatları ilə görüşdü - FOTOLAR

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı