Modern.az

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət bərpa edildi

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət bərpa edildi

مورد توجه

27 Avqust 2023, 19:58

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sel suları səbəbindən çökən hissəsində işlər yekunlaşıb.

 

Modern.az xəbər verir ki, Göyçayın Qaraməryəm kəndi ərazisinə cəlb edilən texnika və canlı qüvvənin köməyi ilə yolun hərəkət hissəsinə tökülən lil qatı asfaltdan təmizlənib. Çökərək yararsız hala düşən asfalt qatı yenilənib.

 

Bununla da Göyçayın kəndləri ilə rayon mərkəzinin əlaqəsi tam bərpa olunub. Hər iki istiqamətdə sürücülərin sərbəst hərəkəti təmin edilib.

 

Xatırladaq ki, ötən gün yağan güclü yağışlardan sonra dağlardan gələn sel suları Göyçay rayonunda bir sıra fəsadlar törədib.

 

Əsas çətinlik Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, Göyçayın Qaraməryəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Sel suları səbəbindən, bir neçə avtomobil lil qatı altında qalıb. Hazırda dəymiş ziyanın miqdarı rayon fövqəladə hallar komissiyası tərəfindən müəyyənləşdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı