Modern.az

Türkiyə Qəzzaya humanitar yardım göndərdi

Türkiyə Qəzzaya humanitar yardım göndərdi

Aktual

13 Oktyabr 2023, 11:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişinə əsasən, Türkiyədən Qəzzaya humanitar yardım yola salınıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, humanitar yardım Misir üzərindən Qəzzaya göndəriləcək.

 

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı